“Vegan Cosmetics”

Zərifə Axundova

Veqanlıqla bağlı kifayət qədər məlumatı olan şəxslərin diqqətini bu məqalə ilə cəlb edə biləcəyəm. Onsuz da ki, məqsəd sadəcə olaraq diqqət cəlb etmək deyil, faydalı, kifayət qədər həssas və vacib bir mövzunu araşdırmaq və onun barəsində sizləri məlumatlandırmaqdır.

Qarşımıza çıxan məlumatların isə dəqiqliyinə tam əmin olmaq istəyiriksə, daha çox araşdırma aparmalıyıq. Bir neçə həftə ərzində əldə etdiyim məlumatları sistemli şəkildə sizlərlə bölüşmək istəyirəm.

Belə ki, ilk növbədə Azərbaycanda satılan, yaxud sifariş ilə ölkəmizə gətizdirə biləcəyimiz veqan kosmetika markalarından bəhs edək:

1) İlk olaraq Azərbaycanda mağazalarda satışı mövcud olan və rahatlıqla tapılan, həmçinin instaqram platforması üzərindən sifariş sistemi olan məhsulların “Vegan” və “Cruelty-free” sertifikatına sahib olan 2 kosmetik markanı qeyd edim:

• “Note Cosmetics”,

• “Elf Cosmetics”.

Məhsulları markaların eyniadlı mağazalarından və həmçinin “Body Care”, “Real beauty” və “Bahar cosmetics” mağazalarından əldə etmək mümkündür. Əlavə olaraq, sadalanan kosmetik mağazaların rəsmi instaqram və veb səhifələri vasitəsi ilə onlayn sifariş etmək mümkündür.

2) “Revolution” – Azərbaycanda satışı mövcud olan 76 % “Vegan”, “Cruelty-free” məhsulları olan bir markadır. Əsasən “Bodycare” və “OVS” mağazalarının tərkibində satışı mövcuddur. Rəsmi səhifəsindən xüsusi veqan siyahısını əldə edə bilərsiniz. Həmin siyahıda sırf “Cruelty-free” məhsulları qeyd olunmuşdur.

3) “Cecile” – “Vegan” sertifikatı vardır və mağazanın 100 % hər məhsulu olmasa da, əksər məhsulları veqanlar üçün nəzərdə tutulmuşdur. Azərbaycanda rəsmi mağazası və onlayn mağazası olmadığı üçün, yalnız mövcud olan ən asan yolla – Türkiyədəki rəsmi səhifəsindən sifariş etmək mümkündür.

4)

• “Kiss My Face”,

• “Anastasia Beverly Hills”,

• “Dr. Organic”

Qeyd olunan hər 3 marka vegetarianlar üçün uyğundur. Belə ki, məhsulları heyvanlar üzərində test edilməməsinə baxmayaraq, veqan hesab olunmurlar. Çünki məhsullarında bal, arı südü, keçi südü və s. heyvan mənşəli vasitələrdən istifadə edilir. Lakin bu markaların əlavə veqan bölmələri də mövcuddur. Xüsusilə də “Kiss My Face” markası veqan seçimləri ilə məşhurdur. Bu markaların məhsullarını mağazalardan və apteklərdən asanlıqla əldə edə bilərsiniz.

5) “Gosh” – Xalis veqan markasıdır. Markanın məhsullarını “Sabina” parfümeriya və kosmetika mağazalarından əldə etmək mümkündür.

6) “Essence Cosmetics” – Daha bir “Cruelty-free” kosmetika markası. Ölkəmizdə, əsasən “Bodycare” mağazasından əldə etmək mümkündür. Bu marka öz məhsullarını heyvanlar üzərində test etməsə də, veqan deyil.

Ümumilikdə, hər hansı bir marka üzərindən alış-veriş etmək maddi cəhətdən sıxıntılar yaşadırsa, büdcə normanızı aşırsa, daha faydalı bir məlumat verə bilərəm. Belə ki, instaqramda @vegan.cosmetics.baku səhifəsi vardır ki, burada bütün detalları ilə adi “Bravo”, “Bazarstore” və s. kimi mağazalardan belə veqan məhsullarını necə əldə edəcəyimiz və hansı məhsulların veqanlar üçün nəzərdə tutulduğu ilə bağlı postlar paylaşılır.

Bəs adi mağazalardan alışveriş edərkən ən əsas diqqət etməyimiz gərəkən nələrdir? İlk öncə şəkil 1-də gördüyünüz logolara diqqət yetirməliyik. Məhsulun qablaşdırılmasının üzərində bu loqolar olduğu halda, tam əminliklə həmin məhsuldan istifadə edə bilərsiniz.

Şəkil 1

Onu da qeyd edim ki, bəzi hallarda qeyd edilən veqan markalarının məhsulları üzərində “Cruelty-free” loqosu qeyd olunmur. Bunu da nəzərə almaq lazımdır.

Ümumi olaraq, dünya üzrə veqan kosmetik vasitələrinin axtarışını etmək istəyirsinizsə, məhsulların 100 % “Cruelty-free” olmasına əmin olmaq üçün aşağıda qeyd olunan 2 saytda yerləşdirilən markaların veqan məhsullar siyahısına baxa bilərsiniz :

https://ethicalelephant.com/https://www.peta.org/

Azərbaycanda satışı mövcud olan məhsulları asanlıqla ölkədaxili mağazalardan əldə etmək olar. Lakin bəzi məhsulların üzərində “Cruelty-free” loqosu qeyd olunmadığı halda, marka özü ümumi sertifikat ilə satış edir. Bu kimi hallarda əmin olmaq üçün, internet üzərindən markanı araşdıraraq məhsulu əldə edə bilərsiniz.

Son olaraq isə, məqalənin hazırlanması üçün məlumat əldə etməkdə və əldə etdiyim məlumatların sistemləşdirilməsində göstərdikləri böyük dəstəyə və yardıma görə Sabina Üzeyir və Aytac Hasan xanımlara təşəkkürümü bildirirəm.

Yorum bırakın